AZ

“Burada azarkeş qismində iştirak etmək qürurvericidir”

"Burada azarkeş qismində iştirak etmək qürurvericidir".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinin üzvü Fərid Mansurov akademik avarçəkmə, kayak və kanoe üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatası barədə danışarkən deyib.

O, ötən gün Suqovuşanda start götürən yarışda 21 ölkə təmsilçilərinin iştirak etdiyini xatırladıb:

"Bu cür turnirlərin keçirilməsi gənclərə də böyük təsir edir. Fərqli yerlərdən gələn idmançılar Azərbaycanda Suqovuşan və Mingəçevir kimi gözəl yerlər olduğunu görürlər. Bununla bağlı təbliğat işləri də aparılır".

"Prezident Kuboku 2024" beynəlxalq reqatası mayın 3-də başa çatacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
Mənbələr
Şərh ()
Bağla