AZ

S&P dekabrda FED-dən ilk faiz endirimini gözləyir

S&P Global Ratings-dən verilən açıqlamada, son iqtisadi məlumatlar və digər hadisələr ilə əlaqədar olaraq ABŞ üçün faiz proqnozlarına yenidən baxıldığı bildirilib.

Marja.az xəbər verir ki, açıqlamada, FED-in pul siyasətini yumşaltması üçün tələb olunan şərtlərin payızdan əvvəl meydana çıxmayacağının düşünüldüyü, FED-in faiz azaltma dövrünə dekabr ayında başlaya biləcəyinin gözlənildiyi bildirilib.

Açıqlamada, son həftələrdə açıqlanan məlumatların ABŞ iqtisadiyyatının birinci rübdə güclü canlandığını göstərdiyi, eyni zamanda, keçən ilki dezinflyasiya (inflyasiyanın yavaşlması) sürətinin də itdiyi qeyd edilib.

S&P Global Ratings-in açıqlamasında deyilir: "Biz indi inanırıq ki, FED aylıq baza inflyasiyanın yavaşladığını göstərən bir neçə ardıcıl məlumat görməsə, faiz dərəcələrini azaltmayacaq".

Açıqlamada bu il faiz dərəcələrinin aşağı salınmaması riskinin artdığına da diqqət çəkilərək, son inflyasiya məlumatlarında yüksələn sürprizlərə baxmayaraq, keçən ilki dezinflyasiya meylinin yenidən davam edəcəyinin düşünüldüyü ifadə edilib.

“Biz həmçinin FED-in yenidən faiz artımına başlamaq zərurətini hiss edəcəyini düşünmürük”, - deyə məlumatda bildirilir.  

Aprelin 2-sində Amerika Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) faizlərini dəyişməyərək 5,25-5,50 faiz səviyyəsində sabit saxlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
17
Mənbələr
Şərh ()
Bağla