AZ

MMC-lər ilə bağlı qaydalardan biri dəyişir - 2000 manatadək cərimə müəyyənləşir

Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının tamamilə ödənilməməsi və ya ödənilmiş nizamnamə kapitalı barədə məlumatın verilməməsinə görə inzibati məsuliyyət müəyyənləşir.

Bu, Milli Məclisin mayın 7-də keçiriləcək iclasının gündəliyinə daxil edilmiş İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Mülki Məcəllədə nəzərdə tutulmuş müddətdə məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının tamamilə ödənilməməsinə görə vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər 2000 manat məbləğində cərimə ediləcək.

Məhdud məsuliyyətli cəmiyyətin tamamilə ödənilmiş nizamnamə kapitalı barədə məlumatın “Hüquqi şəxslərin dövlət qeydiyyatı və reyestri haqqında” qanunda nəzərdə tutulmuş müddətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma (orqana) verilməməsinə görə vəzifəli şəxslər 500 manat məbləğində, hüquqi şəxslər 1000 manat məbləğində cərimə ediləcəklər.

© APA

Məhdud məsuliyyətli cəmiyyət

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
15
Mənbələr
Şərh ()
Bağla