AZ

Maliyyəçi - VAKANSİYA

"Cronos Construction" şirkəti "Maliyyəçi" vakansiyası elan edir.

Fins.az xəbər verir ki, şirkətin fəaliyyət növü sənaye və mülki obyektlərin tikintisi, daxili təmir və tamamlama işləri, bünövrə qazıntısı və qazıntı materiallarının daşınması, tikinti işləri aparılacaq sahələrdə yararsız göllərin doldurulması və qurudulması, süni göllərin qurulması, sahələrin tikintiyə hazırlanması, tikinti sonrası abadlaşdırma, isitmə, soyutma, havalandırma, yanğından mühafizə, su təchizatı və kanalizasiya sistemlərinin, qazanxana və nasosxananın quraşdırılmasından ibarətdir.

Tələblər:

  • Mühasibatlıq / Maliyyə / İqtisadiyyat sahəsində universitet təhsili olmalı;
  • Minimum 5 il maliyyəçi və ya mühasib təcrübəsi olmalı;
  • Vergi və əmək məcəlləsini, AR qanunvericilik aktlarını və normativ hüquqi sənədləri yaxşı səviyyədə bilməli;
  • Maliyyə balanslarının hazırlanmasında müvafiq təcrübəsi olmalı;
  • Müəssisədə mühasibat uçotunun forma və metodlarını, müxabirləşmələr etməyi bilməli;
  • İlkin sənədləşmələri, əmək haqqı hesablanmasını, dövriyyə cədvəlləri və balans hazırlamağı və onu oxumağı bilməli;
  • 1C 8.3 və ya LOGO mühasibat proqramlarında, Office proqramlarında (Excell, Word və s.) və elektron hesabat proqramlarında (BTP, EVHF, EQF, B1, statistika) yüksək səviyyədə işləmə bacarığı olmalı;
  • Azərbaycan və Rus dillərini yaxşı səviyyədə bilməli (İngilis dilini bilməsi arzuolunandır);
  • Beynəlxalq mühasibat uçotu və maliyyə hesabatları, Beynəlxalq Audit Standartları üzrə iş təcrübəsi arzuolunandır;
  • ACCA / CPA sertifikatlarının olması arzuolunandır;
  • Fikrini izah etmək qabiliyyəti, ünsiyyət yaratmaq və yaranmış problemləri həll etmək bacarığı, fəal və işə planlı yanaşma bacarığı vacibdir.

Vəzifələr:

  • Maliyyə hesabatlarını (Balans hesabatı, Mənfəət və Zərər hesabatı, Pul vəsaitlərinin hərəkəti hesabatı) hazırlamaq;
  • Vergi məcəlləsinin və Beynəlxalq Mühasibat Uçotu Standartlarının tələblərinə uyğun olaraq müəssisənin dəqiq uçotunu qurmaq;
  • Əmək haqqı hesablama cədvəllərini hazırlamaq (əmək haqqıların, məzuniyyət pullarının, son haqq-hesabların, xəstəlik vərəqələrinin hesablanması şərtilə) və əmək haqqlarını ödəmək;
  • Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarını hazırlamaq;
  • Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu qurmaq, inventarizasiyasını keçirmək və nəticələrə uyğun hesabat hazırlamaq;
  • Elektron Qaimə Fakturaları tərtib etmək və göndərmək;
  • İdxal Gömrük Bəyannamələri əsasında malların maya dəyərini hesablamaq;
  • Mühasibat uçotunun Uçot Siyasəti və Vergi Qanunvericiliyinə əsasən aparılmasını təşkil etmək;
  • Firmadaxili aylıq maliyyə hesabatlarını hazırlamaq;
  • Daxili nəzarət (audit);
  • Vergi risklərini hesablamaq və hesabat hazırlamaq;
  • Məxfilik prinsiplərini pozmamaq.

İş şəraiti:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • 6 günlük iş rejimi;
  • Əmək haqqı, hazırki vakansiyaya namizəd şəxsin bilik və bacarıq səviyyəsinə əsasən təyin edilir (bilik və bacarıq səviyyəsi yuxarıda qeyd olunmuş siyahıya əsasən müəyyənləşdirilir)

Uyğun namizədlər “Mövzu” bölməsində vakansiyanın adını qeyd etməklə CV formasını [email protected] email adresinə göndərə bilərlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
264
4
Mənbələr
Şərh ()
Bağla