AZ

Xaricdə ali təhsil almış 189 nəfər imtahandan keçdi

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 4-də müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçirib.    DİM-dən Manset.az-a bildirilib ki, imtahan vermək üçün qeydiyyatdan keçmiş 466 nəfərdən 40-I imtahana gəlməyib. Ərizəçi tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda imtahanın nəticələrinə dair arayış təqdim olunub. İmtahanda 189 nəfər müvəffəqiyyət əldə edib. Qeyd edək ki, imtahanda iştirakçılara 30 test tapşırığı təqdim olunub. Hər doğru cavab bir balla, səhv və ya cavab verilməyən tapşırıqlar sıfır balla qiymətləndirilir. Ərizəçinin imtahanda müvəffəqiyyət qazanması üçün 15 və ya daha yuxarı bal toplaması tələb olunur. İmtahanın məzmunu ilə bağlı Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər mayın 7-8-də saat 14:00-dan 17:00-dək DİM-də (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299) ərizə yazmalıdırlar. Ərizəyə ali təhsil haqqında diploma əlavənin (transkriptin) surəti də əlavə edilməlidir.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əsasən müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə ərizəçinin Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sifarişi ilə Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanda müvəffəqiyyət qazanması (keçid balını toplaması) tələb olunur. İmtahanda iştirak etmək üçün ərizələrin qəbulu Agentlik tərəfindən aparılıb. 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
11
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
8094
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
5247
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
5052
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
4799
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
4572
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
3760
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
3079
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
2780
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
2762
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
2713
Sabah 20 dərəcə isti olacaq
2660
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
2286
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
2244
Röyanın biabırçı videosu yayıldı
2176
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
2095
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
2067
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
1833
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
1708
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
1673
Zaur görün nə qədər maaş alırmış - Özü açıqladı - VİDEO
1611