AZ

Bundesliqa: Cari mövsümün rəmzi yığması açıqlandı

Almaniya çempionatının (Bundesliqa) başa çatmaqda olan cari 2023/2024-cü illər mövsümünün rəmzi yığmasının heyəti açıqlanıb.

Arena.az bu barədə Almainiya Bundesliqasının rəsmi saytına istinadən məlumat verir.

Rəmzi komandaya daxil olan futbolçular azarkeşlərin, klub nümayəndələrinin və mütəxəssislərin səsverməsi yolu ilə müəyyən edilib. Siyahıda Bundesliqanın cari mövsümünün çempionu Leverkuzen “Bayer”inin 6 futbolçusunun yer alması diqqət çəkir.

Almaniya Bundesliqasının 2023/2024 mövsümünün rəmzi komandasını təqdim edirik:

Qapıçı:
Qreqor Kobel (“Borussiya”, Dortmund”);

Müdafiəçilər:
Ceremi Frimponq (“Bayer”), Conatan Ta (“Bayer”), Valdemar Anton (“Ştutqart”), Alexandro Qrimaldo (“Bayer”);

Yarımmüdafiəçilər:
Camal Musiala (“Bayern”), Qranit Caka (“Bayer”), Florian Virts (“Bayer”);

Hücumçular:
Seru Girassi (“Ştutqart”), Harri Keyn (“Bayern”), Viktor Bonifase (“Bayer”).

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
Mənbələr
Şərh ()
Bağla