AZ

“Boeing” də kosmosa astronavt göndərir


“Boeing” şirkəti gələn həftə astronavtlarla birlikdə ilk “Starliner” kosmik kapsulunu orbitə göndərmək niyyətindədir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.  
Məlumata görə, 1 milyard dollardan çox xərcə görə bir neçə il təxirə salınan “CST-100 Starliner” sınaq missiyası kommersiya proqramı çərçivəsində iki NASA astronavtını Beynəlxalq Kosmik Stansiyaya (BKS) göndərəcək.
NASA administratorunun müavini Cim Fri buraxılışdan əvvəl mətbuat konfransında jurnalistlərə yeni kosmik gəminin ilk ekipaj uçuşunun böyük bir mərhələ olduğunu bildirib.
O, deyib ki, yeni kosmik gəminin ilk ekipaj uçuşu tamamilə kritik bir mərhələdir və ekipaj üzvləri Sani Vilyams və Batç Vilmorun həyatı risk altında ola bilər.
Fri həmçinin NASA-nın son illərdə öz astronavtlarını və digər müştərilərini BKS-ə və daha iddialı “Artemida” proqramı çərçivəsində Aya və daha sonra Marsa daşıya biləcək yeni nəsil kosmik gəmi layihəsini dəstəklədiyini bildirib.  
Qeyd edək ki, yeddi astronavtı daşıya bilən damcı formalı “Starliner” kapsulu “Boeing”in “SpaceX”in “Crew Dragon” kosmik gəmisi kimi yeni kosmik modellərlə rəqabət aparmaq üçün mübarizəsinin simvoluna çevrilib.
NASA rəsmisinin sözlərinə görə, “SpaceX”in “Crew Dragon”unda bir oturacaq 55 milyon dollar başa gəlirsə, “Boeing”in “Starliner”ində bir oturacaq 90 milyon dollara başa gəlir.
Xatırladaq ki, “Boeing” və NASA “Starliner”i Florida ştatındakı Kennedi Kosmik Mərkəzindən bazar ertəsi yerli vaxtla saat 22:34-də buraxmağı planlaşdırır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
Mənbələr
Şərh ()
Bağla