AZ

Ev qulluqçusu milyonçunun bütün əmlakını miras alaraq varlandı – FOTO  

49 yaşlı taylandlı qadın Nutvalay Phupongta 17 il varlı bir fransız qadının xadiməsi olub və indi o, milyon dollarlıq sərvətini miras alıb. 

Bizim.Media xəbər verir ki, bu barədə “Bangkok Post” qəzeti məlumat yayıb. 

Bildirilib ki, 59 yaşlı iş qadını Ketrin Delako əri ilə 20 il əvvəl Taylandın Koh Samui kurort adasındakı villaya köçüb. Lakin sonradan cütlük boşanıb. 

Bundan sonra iş qadını təkbaşına yaşayıb və 3200 kvadratmetr ərazidə yerləşən hovuzu olan beş evi icarəyə verib. Onun qulluqçusu Nutvalay hər gün onun yanına gəlirdi. 

Aprelin 29-da hovuz təmizləyicisi Ketrini terrasda tapıb. Həmin vaxt o, güllə yarası və sol qolunda tüstü izləri ilə şezlonqda uzanmış vəziyyətdə olub. 
Polis əməkdaşları hadisə yerindən tapança, bir stəkan araq, siqaret və güllə aşkar ediblər. Müstəntiqlərin fikrincə, bu, intihardır. Ölməzdən əvvəl Delako qulluqçusuna xərçəng xəstəliyinə tutulduğunu deyib və vaxtı gələndə dəfn xərclərini ödəmək üçün ona 500.000 Tayland batı (12.625 avro) köçürüb.  

59 yaşlı qadın bir neçə tanışına da mesaj göndərib və orada bütün əmlakını qulluqçuya vəsiyyət edəcəyini bildirib. 

Fransız qadının mirasına çoxsaylı mülklər, avtomobil və 100 milyon baht (2,5 milyon avro) dəyərində nağd pul daxildir. 







Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
Mənbələr
Şərh ()
Bağla