AZ

CANLI YAYIM: “Kəpəz” “Sumqayıt”a qarşı

Bu gün Azərbaycan Premyer Liqasında XXXIII tur start götürəcək.

Sportinfo.az xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

“Kəpəz” “Sumqayıt”ı qəbul edəcək. Saat 16:30-da Tovuz şəhər stadionunda baş tutacaq görüşü İnqilab Məmmədov idarə edəcək.

Hazırda “Sumqayıt” 50 xalla ikinci pillədə qərarlaşıb. Turnir cədvəlində doqquzuncu olan “Kəpəz”in isə 34 xalı var.

Turun mərkəzi qarşılaşması sayılan “Qarabağ” - “Neftçi” matçı isə “Azərsun Arena”da keçiriləcək. FIFA referisi Elçin Məsiyevin baş hakim olacağı qarşılaşmanın start fiti saat 19:30-da səslənəcək.

Hazırda 73 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşan “Qarabağ” ölkə çempionluğunu artıq təmin edib. “Sumqayıt”la eyni xala (50) malik “Neftçi” isə üçüncüdür.

Turun digər oyunları mayın 5-i və 6-da keçiriləcək.

4 may

16:30. “Kəpəz” – “Sumqayıt” 0:0

Hakimlər: Tural Qurbanov, Zöhrab Abbasov, Teymur Teymurov, Nicat İsmayıllı.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Tovuz şəhər stadionu

"Kəpəz": 96. İqor Rodriqes, 10. Tural Rzayev, 7. Ehtiram Şahverdiyev, 14. Elçin Əlicanov, 8. Elmir Tağıyev, 33. Camal Cəfərov, 26. Adama Niane, 91. Latir Fal, 78. Yeqor Xvalko (k), 24. Olavale Onanuqa, 21. Martins Junior
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 18. Elgün Bayramov, 3. Vurğun Hüseynov, 99. Əli Səmədov, 88. Şakir Seyidov, 47. Ədilxan Qarəhmədov, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 22. Rüfət Əhmədov, 15. Cavad Kərimov, 13. Fərid Kələntərov
Baş məşqçi: Adil Şükürov

"Sumqayıt": 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 12. Abu Dosso, 4. İsa Suliman, 9. Erik Sorqa, 71. Masaki Murata
Ehtiyat oyunçular: 36. Xəyal Fərzullayev, 32. Murad Ağamalıyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 11. Kasimir Ninqa, 58. Oktavio Manteka, 10. Kamran Aliev, 23. Cordan Rezabala, 60. Tresor Mossi
Baş məşqçi: Samir Abasov

19:30. “Qarabağ” – “Neftçi”

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Kamran Bayramov, Fərid Hacıyev.
Hakim-inspektor: Barış Şimşək.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
“Azərsun Arena”

N Klublar O Q H M T-F X
1 Qarabağ 32 23 4 5 85-32 73
2 Sumqayıt 32 13 11 8 33-34 50
3 Neftçi 32 14 8 10 43-33 50
4 Zirə 32 13 10 9 29-20 49
5 Sabah 32 14 7 11 46-38 49
6 Səbail 32 11 9 12 47-51 42
7 Turan Tovuz 32 11 9 12 47-47 42
8 Araz-Naxçıvan 32 9 8 15 29-44 35
9 Kəpəz 32 9 7 16 37-59 34
10 Qəbələ 32 4 5 23 23-61 17

Bombardirlər:

Olavio Juninyo ("Qarabağ") - 17 qol
Aleksandr Ramalinqom ("Səbail") - 13 qol
Yassin Benzia ("Qarabağ") - 12 qol

Nəriman Axundzadə ("Qarabağ") - 10 qol

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
1
Mənbələr
Şərh ()
Bağla