AZ

Qari Nevill Luis Enrikenin ona etdiyi hörmətsizliyi xatırladı

İngilis mütəxəssis Qari Nevill PSJ-nin baş məşqçisi, ispan mütəxəssis Luis Enrikenin onunla hörmətsiz davranışını xatırlayıb.

Arena.az bu barədə “The Overlap” dərgisinə istinadən məlumat verir.

Hadisə Qari Nevilin “Valensiya”nın baş məşqçisi çalışdığı 2015/2016 mövsümündə, İspaniya Kral Kubokunun yarımfinalında Luis Enrike Enrikenin çalışdırdığı “Barselona”nın “yarasalar”ı 7:0 hesabı ilə məğlub etdiyi oyunda baş verib.

Nevilin sözlərinə görə, oyundan sonra Luis Enrikeyə yaxınlaşıb əlini sıxmaq istədiyi zaman, ispan mütəxəssis etinasızlıqla ona məhəl qoymayıb:

“Bu, İspaniya Kral Kubokunda 7:0-dan sonra baş vermişdi. “Barselona” üçün elə də vacib yarış deyil. Vurhavurda idilər, amma Enrike komanda liderlərini dəyişmədi.

Oyunun sonunda onun əlini sıxmaq üçün yaxınlaşdım. O isə yanından ötüb keçdi. “Ay bicbala” deyə düşündüm. Bu, iyrəncdir. Bu, “evə get, ay bala” demək kimidir. Hiss etdim ki, bu, onun mənə göndərdiyi bir növ ismarışdır”, deyə Qari Nevill xatırlayıb.

Xatırladaq ki, 49 yaşlı ingilis mütəxəssis 2015-ci ilin dekabrından 2016-cı ilin martına qədər “Valensiya”nın baş məşqçisi vəzifəsində çalışıb. Bu müddətdə “yarasalar” bütün yarışlarda 28 oyun keçiriblər, 10 qələbə qazanıblar, 7 heç-heçə ediblər, 11 dəfə isə məğlubiyyət acısı dadıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
Mənbələr
Şərh ()
Bağla