AZ

Girovların azad edilməsi üçün şərt qoyuldu

Fələstinin HƏMAS hərəkatı İsrail Müdafiə Qüvvələrinin Qəzzanın cənubundakı Rəfah şəhərində yeni quru əməliyyatına başlamasının qarşısını almaq üçün ABŞ-ın zəmanəti müqabilində 33 israilli girovun azad edilməsinə icazə verib.

Publika.az xəbər verir ki, bu barədə “Sky News Arabiya” məlumat yayıb.

HƏMAS nümayəndəsi deyib ki, müvafiq zəmanətlər Misir və Qətər vasitəçiləri vasitəsilə alınıb. Telekanalın məlumatına görə, İsrail hakimiyyəti qeyri-məhdud sayda fələstinli məhbusları Qəzza zolağına qaytarmağa hazır olduğundan, hərəkat atəşkəs və girovların mübadiləsi ilə bağlı razılaşmanın ilkin şərtlərini yerinə yetirməyə razılaşıb. Qeyd olunur ki, sazişin birinci mərhələsində tərəflər arasında uzadılma imkanı ilə 40 günlük barışıq da var.

"Hər iki tərəf daha çox girovu azad etməyə və hərbi əməliyyatları daha uzun müddətə dayandırmağa razıdır", - telekanal bildirib.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ dövlət katibi Antoni Blinken HƏMAS-ı girovların qaytarılması və atəşkəsin dayandırılması ilə bağlı razılaşmanın şərtlərini qəbul etməyə çağırmışdı. Bundan əvvəl isə İsrailin baş naziri Benyamin Netanyahu bəyan etmişdi ki, girovlar azad edilsə, İD yenə də Rəfahda əməliyyat keçirəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
50
Mənbələr
Şərh ()
Bağla