AZ

The Guardian: Melanoma xəstələrini birdəfəlik müalicə etmək üçün peyvənd hazırlandı

Yeni mRNA-4157 peyvəndi melanomanın müalicəsində inqilab edə bilər. Dərman orqanizmə xəstəliyin təkrarlanmasının qarşısını almaq üçün xərçəng hüceyrələrinə nəzarət etməyi öyrədir.

Aztibb.az “The Guardian” nəşrinə istinadən xəbər verir ki, inyeksiya COVID-19-a qarşı peyvəndlə eyni texnologiya əsasında işləyir.

Tədqiqat koordinatoru Dr. Heazer Şov xərçəng peyvəndini inqilabi adlandırır, çünki o, şiş neoantigenlərini, şiş markerlərini idarə etmək üçün nəzərdə tutulub. Nəticədə, bir insanın immun sistemi onları tanımağı öyrənə və sonra onlarla mübarizə apara bilər. Peyvənd bu neoantigenlərdən 34-nü kodlaşdırır - onlar DNT ardıcıllığından sonra xəstədən çıxarılan şişdən əldə edilir.

Alimlər izah ediblər ki, bu tip terapiya adi peyvəndlərdən qat-qat effektivdir, çünki universal deyil, hər bir xəstənin müxtəlif antigenləri var və mçüalicə ona görə aparılır.

“The Guardian” yazır ki, son nəticədə tədqiqatçılar melanoma xəstələrini birdəfəlik müalicə etmək şansının olduğuna ümid edirlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
Mənbələr
Şərh ()
Bağla