AZ

Samir Abasov: "Rəqib futbolçuları qınaya bilmərəm"

"Sumqayıt" Azərbaycan Premyer Liqasının 33-cü turunda səfərdə "Kəpəz"lə 1:1 hesablı heç-heçə edib.

Sportal.az xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Samir Abasov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Azarkeşlərimizə təşəkkür edirəm. Tovuz çox ağır səfərdir. İki həftə əvvəl də burada olmuşuq. Futbolçularım ağır görünürdü. Oyunun əvvəlində 1-2 epizod yaratdıq. Təəssüf ki, ağır hərəkət etməyimiz, gec qərarlar verməyimiz istədiyimiz kimi oynamağa imkan vermədi. Amma səfərdə 1 xal qazana bildik. Digər oyunlara yaxşı hazırlaşacağıq. Bu gün bir çox şeylər məni razı salmadı. Müdafiəçilərimiz ən pis oyunlarını keçirdilər. "Qarabağ"la matçdakı yorğunluqdan irəli gələ bilər.

- 2 xal itirdiniz, yoxsa 1 xal qazandınız?

- Bilmirəm. Oyunun gedişatı heç üzəyimcə deyildi. Özümüz gərginlik yaradırdıq. İtirdiyimizi və ya qazandığımızı növbəti üç oyundan sonra biləcəyik.

- Oyunun bu qədər gərgin keçməyi sizcə anormal deyil?

- "Kəpəz" evdə oynayır, azarkeşlər öz komandalarını dəstəkləyirlər. Bunun yaxşı tərəfi də var. Bizim oyunçular da ayılırlar. Gərginliyin haradan irəli gəldiyini bilmirəm. Futbolçular udmaq istəyirdi. Rəqib futbolçuları qınaya bilmərəm.

- Sizcə, "Kəpəz" "Zirə" və "Neftçi"yə qarşı da belə oynayacaq?

- Oynayacaqlar. Amma bütün aparıcı oyunçuları qırmızı vərəqə aldı. Bu öz təsirini göstərəcək. 

- Komanda son üç oyunda təzyiqin altından çıxa biləcək?

- Biz çox planları pozmuşuq. Düşünürlər ki, bu imkanlarla necə olur ki, "Sumqayıt" bu yerdədir. Amma biz bu təzyiqin altından çıxmalıyıq. 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
131
1
Mənbələr
Şərh ()
Bağla