AZ

Azərbaycan dəmir yolu nəqliyyatı infrastrukturu layihələri üçün vəsait cəlb etməyi planlaşdırır - Samir Şərifov

Tbilisi. Trend:

Azərbaycanın dəmir yolu nəqliyyat infrastrukturununtəkmilləşdirilməsi layihələri üçün vəsaitin cəlb edilməsigözlənilir.

Trend xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (AİB)illik toplantısı çərçivəsində jurnalistlərə Azərbaycanın maliyyənaziri Samir Şərifov bildirib.

"Azərbaycanın Asiya İnkişaf Bankı ilə həyata keçirdiyi layihələrbir sıra sektorları əhatə edir. Bunlar həm mobillik, həm dəinfrastruktur layihələridir. Söhbət əsasən nəqliyyatinfrastrukturundan gedir. Dəmir yolu nəqliyyatı infrastrukturununtəkmilləşdirilməsi, Azərbaycanda dəmir yolu nəqliyyatınınrəqəmsallaşdırılması və bu proseslərin idarə olunması üçün müəyyənlayihələrə vəsait ayrılması nəzərdə gözlənilir", - deyə nazir qeydedib.

Trans-Adriatik Boru Kəmərinin (TAP) genişləndirilməsi üçünvəsaitin toplanmasından danışan S.Şərifov qeyd edib ki, Azərbaycanbir dövlət olaraq bu prosesdə fəal iştirak etmir:

"Hesab edirik ki, bu layihədə kifayət qədər varlı səhmdarlarvar. Layihə işləyir, pul gətirir, yəqin ki, dövlət dəstəyi olmadan,dövlətin iştirakı olmadan özləri vəsait cəlb edə biləcəklər".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
3
Mənbələr
Şərh ()
Bağla