AZ

“Cənubi Qafqaz yeni qlobal çağırışlar kontekstində” beynəlxalq elmi konfrans keçirilib

Azərbaycan Universitetində “Cənubi Qafqaz yeni km qlobal çağırışlar kontekstində” (South Caucasus In The Context Of Modern Global Challenges) beynəlxalq konfransı keçirilib. Konfransın məqsədi Cənubi Qafqazdakı ictimai, siyasi, hərbi, ekoloji, logistika ilə bağlı baxışların regional və beynəlxalq prizmadan araşdırılması, bu istiqamətlərdə aparılan tədqiqatların nəticələrinin təqdim edilməsi üçün platforma olmaqdır.

Hibrid formada təşkil olunan konfransın açılış mərasimi Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru Yusif Qasımovun salamlama nitqi ilə başlayıb. Prorektor qeyd edib ki, dünyada və onun tərkib hissəsi kimi Qafqazda gedən proseslər, davam edən və bitmiş münaqişələr, yeni geopolitik situasiyalar bölgəni dünya güclərinin maraq dairələrinin kəsişmə nöqtəsinə çevirib. Konfrans bu baxımdan böyük əhəmiyyət kəsb edir. Yusif Qasımov çıxışında konfransın plenar məruzəsi  haqqında məlumat verib, tədbirin yerli və beynəlxalq bütün iştirakçılarına təşəkkür edib.

Açılış mərasimində daha sonra Türkiyənin Ege Universitetinin Türk Dünyası Araşdırmaları İnstitutunun direktoru, professor Nadim Macit, Gürcüstanın İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin professoru Vasil Gonaşvili və Azərbaycan Universitetinin Siyasi və ictimai elmlər kafedrasının müdiri Elvin Talışinskinin çıxışları dinlənilib.

Professor Nadim Macit Azərbaycan və Türkiyə arasındakı əlaqələrin strateji müttəfiqlik səviyyəsinə yüksəldiyi və dünyaya nümunə olduğu bir dövrdə Azərbaycanda olmaqdan böyük məmnuniyyət duyduğunu dilə gətirib. Keyfiyyətcə yeni müstəviyə keçən münasibətlərin Cənubi Qafqaz regionunun sabitlik, dialoq, əməkdaşlıq və sülh məkanına çevrilməsində, həmçinin digər Türk dövlətləri arasındakı əlaqələrə də sirayət edərək Türk dünyasının sıx birləşməsində böyük rol oynayacağını vurğulayıb.  

Professor Vasil Gonaşvili çıxışında Gürcüstan-Azərbaycan əlaqələrinin tarixi köklərə söykəndiyini qeyd edib, hər iki ölkənin münasibətlərin müsbət məcrada inkişafında maraqlı olduğunu diqqətə çatdırıb. 

Siyasi və ictimai elmlər kafedrasının müdiri Elvin Talışinski iştirakçılara konfransın gündəliyi və qəbul edilən tezislər haqqında məlumat verib, tədbirin işinə uğurlar arzulayıb.

Beynəlxalq konfransın plenar iclasında Gürcüstanın İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin kafedra müdiri, tarix elmləri doktoru Joni Kvitsiani məruzə ilə çıxış edib. Məruzə “Qara dəniz – Xəzər regionunda müasir təhlükələrə qarşı mübarizədə Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq” mövzusuna həsr olunub. 

Açılış mərasimi və plenar iclasın ardından konfransın işi "Cənubi Qafqazın tarixi və siyasi reallıqlar" (moderator siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışinski), "Cənubi Qafqaz: iqtisadiyyat və inteqrasiya prosesləri" (moderator Biznes və iqtisadiyyat fakültəsinin dekanı Xanım Quliyeva) və " Cənubi Qafqazda böyük güclərin maraqları" (moderator siyasi elmlər üzrə fəlsəfə doktoru Eldar Cəfərov) adlanan üç bölmə iclasında davam edib. Bölmə iclaslarında konfransa 5 ölkədən qəbul edilən 100-dən artıq tezis ənənəvi və onlayn formada təqdim edilib.

İclaslarda Cənubi Qafqazda yeni siyasi reallıqlar, Böyük güclərin Cənubi Qafqaz siyasəti və perspektivlər, Cənubi Qafqazda iqtisadi inteqrasiya imkanları, münaqişələrin ekosistemə vurduğu təsir və həlli yolları, Cənubi Qafqaz beynəlxalq dəhlizlərin tərkib hissəsi və bu kimi mövzularda tezislər dinlənilib, müzakirələr aparılıb.

Rizvan Fikrətoğlu
XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Lerikdə uçqun baş verən ərazidə nəqliyyatın hərəkəti nəzarətə götürülüb
17702
Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
14485
Ramiz Tahirovun yerinə bu general təyin edildi - Foto
9090
Otaqda meyiti tapılan tibb bacısının ÜRƏKDAĞLAYAN FOTOLARI
8163
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
7203
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
7052
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
6967
İntim videolar çəkən polkovniklə bağlı ŞOK AÇIQLAMA
6900
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
6869
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
6620
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
5474
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
5263
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
5150
İntim videolar çəkən polkovnik şikayətini geri götürdü
4781
“İçkimə nəsə qatmışdılar, həmin gecədən…“ - Rozadan şok açıqlama
4665
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
4516
Sabah 20 dərəcə isti olacaq
4159
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
3961
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
3319
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
3225