AZ

Səudiyyə Ərəbistanına yollanacaq? -

Bir ara adı “Sabah” başda olmaqla, digər Azərbaycan klubları ilə də adı hallanan Mario Balotelli yeni mövsümə Səudiyyə Ərəbistanda başlaya bilər.

Sportinfo.az İtaliya mətbuatına istinadən xəbər verir ki, təcrübəli forvarda bu ölkənin yüksək liqa klubları maraq göstərir.

Xüsusən də, “Əl-İttifaq” və “Damak” Balotelli üçün hərəkətə keçib.

33 yaşlı hücumçu “İnter”, “Mançester Siti”, “Milan”, “Liverpul”, “Nitsa”, “Marsel”, “Breşiya”, “Montsa”, “Sion” klublarında çıxış edib.

Onun “Adana Demirspor”la müqaviləsi 2024-cü il iyunun 30-na qədərdir. Əlavə edək ki, İtaliya klublarından da Balotelliyə maraq göstərənlər az deyil.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
Mənbələr
Şərh ()
Bağla