AZ

Qəzəbləndi: "Bu axmaq şayiələrdən bezmişəm"

“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino İngiltərə klubunda gələcəyi ilə bağlı suala emosional reaksiya verib.

Publika.az xəbər verir ki, jurnalist Fabritsio Romano “X” sosial şəbəkəsində yazıb.

“Mən bu axmaq şayiələrdən bezmişəm! Klub rəhbərliyindən soruşmaq lazımdır ki, onlar mənim işimi davam etdirməyimi istəyirlər, ya yox. Əgər müqaviləm daha bir il uzadılıbsa və heç kim buna qarşı deyilsə, o zaman mən qalacam. Əgər mənə “ciao” demək qərarı verilirsə, elə də olsun. Amma hazırda biz bunu bilmirik”, –Poçettino deyib.

Xatırladaq ki, argentinalı mütəxəssis ötən yaydan “Çelsi”ni çalışdırır. İngiltərə Premyer Liqasında keçirdiyi 34 oyundan sonra London klubu 51 xalla səkkizinci pillədə qərarlaşıb. Bu mövsüm Poçettinonun yetirmələri İngiltərə Liqa Kubokunun finalına çıxıb və “Liverpul”a uduzub (0:1).

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
3
Mənbələr
Şərh ()
Bağla