AZ

"Bravo"da vitrindəki qiymətlə kassadakı qiymət fərqli olub - FOTO

""Bravo"da vitrində 0.45 litrlik "Baltika" alkaqolsuz pivə endirimlə 1.19 AZN qeyd edilib. Mən də "Baltika"nın mavi qutuda olan alkoqolsuz çeşidindən aldım. Kassada qiymət 2.59 AZN-dən hesablanıb".

 

Pravda.az-ın xəbərinə görə, bu barədə sosial şəbəkə istifadəçilərindən biri bildirib.

 

"Kassir dedi ki, bu endirim yalnız aromalı olan çeşidlərə aiddir. Belədirsə, bunu aydın şəkildə endirim etiketində qeyd edin ki, aromalı məhsullara aiddir, ya da müştəri məhsulu aldığı halda kassada vitrindəki qiyməti hesablayın. Eyni hal 1 il öncə Yasamal filialında da olmuşdu, adminstrator mənimlə əlaqə saxlayaraq səhvlik olduğunu bildirərək məhsulu vermişdilər", - məlumatda qeyd olunub.

 

"Bravo" müştəriyə cavab olaraq bildirib: "Qarşılaşdığınız xoşagəlməz hal üçün Sizdən üzr istəyirik. Xidmətlə bağlı rəyinizi bizimlə bölüşdüyünüz üçün təşəkkür edirik".

 

Qeyd: Bu fakt inzibati xəta hesab edilir. Protokol İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci (mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edilir.

 

Xəyal Quliyev

Fotoları təqdim edirik
Tarix: 4 May 2024, 20:06   

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
1
Mənbələr
Şərh ()
Bağla