AZ

Bu avtomobillərdə sürət öz-özünə artır, ya da azalırTƏHLÜKƏ/VİDEO

İngiltərə və Yaponiya kimi ölkələrdə avtomobillərin böyük əksəriyyətinin sükanı sağ tərəfdədir. Lakin bu avtomobillərin  sonradan digər  ölkələrdə sükanı dəyişdirilərək ölkəmizə satış məqsədi ilə gətirilir.

Belə avtomobillərdə sürət öz-özünə artır, ya da azalır.

Xezerxeber.az-ın məlumatına görə, usta İsa Yusibov deyir ki, ili köhnə avtomobillərdə bu proses o qədər də problem yaratmırdı. Yeni avtomobillərdə isə vəziyyət başqa cürdür.

Usta hesab edir ki, həmin avtomobilləri xaricdə ucuz aldıqları üçün bəzi işbazlar onu Azərbaycana gətirib baha satmaq məqsədi ilə sükanın yerini dəyişirlər.

Bəs bu proses necə həyata keçirilir? Sükanın yerini dəyişərkən detallar dəqiqliklə sağdan sola köçürülürmü?

Usta deyir ki, avtomobil alarkən mütləq onu diqanostika etdirmək lazımdır. Əks halda, həm aldana, həm də külli miqdarda ziyana düşə bilərisiz.

Qeyd edək ki, 1998-ci ildə qəbul edilən qanuna  görə  sükanı sağda olan avtomobillərin ölkəyə gətirilməsi  qadağan edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
3
Mənbələr
Şərh ()
Bağla