AZ

Sərhəddən İrəvana yürüş başlayır

Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan bir qrup etirazçı ilə İrəvana yürüş edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Qalstanyanın özü məlumat verib.

“Mayın 9-da İrəvanda olacağıq. Hərəkatımız Tavuş sakinləri ilə İrəvana getmək və cavab tələb etmək qərarına gəlib”, - bölgənin baş keşişi deyib.

Baqrat Qalstanyan aprelin 20-dən Tavuşda sərhədlərin delimitasiyası əleyhinə çıxan təxribatçı qrupa rəhbərlik edir. Bölgədə qarışıqlıq yaratmağa çalışan keşiş və təxribatçı qrupu 4 kəndin Azərbaycana qaytarılmasına qarşı çıxır.


Müəllif: Mənsur Rəğbətoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
Mənbələr
Şərh ()
Bağla