AZ

Avropa Belarus və Rusiyadan gələn mallardan imtina edir..?

...Litva prezidenti Gitanas Nauseda bildirib ki, hazırda Avropa Komissiyası Rusiya və Belarusun hansı kənd təsərrüfatı məhsullarının yüksək gömrük rüsumlarına məruz qala biləcəyini qiymətləndirir.

SİA “Delfi”-yə istinadən yazır ki, məhdudiyyətlərin məqsədi bu cür məhsulların Avropaya axınını azaltmaqdır. Gitanas Nauseda vurğulayıb ki, Avropa İttifaqı öz bazarında Rusiya və Belarus kənd təsərrüfatı məhsullarının mövcudluğunu məhdudlaşdırmaq üçün mərkəzləşdirilmiş üsula ehtiyac duyur.

Avropa İttifaqına daxil olan ölkələr ayrıca rüsum tətbiq edərsə, qadağan olunmuş mallar hələ də qonşu ərazilər vasitəsilə onların bazarlarına çıxacaq.

...Biz təbii ki, Rusiya və Belarus məhsullarının, kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoya bilərik. Amma mən Avropa Şurasında olduğum üçün çox yaxşı başa düşürəm ki, əgər biz bunu bəzi ölkələrdə qadağan etsək, onlar başqa ölkələr vasitəsilə Avropa İttifaqı bazarına daxil ola biləcəklər.

Litva prezidenti deyib bunu.

Nazlı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
130
Mənbələr
Şərh ()
Bağla