AZ

İki tanınmış qapıçı arasında seçim edəcək – Paytaxt təmsilçisi

“Atletiko” yay transfer pəncərəsində sloveniyalı qolkiper Yan Oblakın ayrılma ehtimalı ilə əlaqədar yeni qapıçı ala bilər.

Sportinfo.az “Todofichajes”-ə istinadən xəbər verir ki, Madrid klubunun diqqət mərkəzində iki qapıçı var.

Söhbət “Mançester Yunayted”in sabiq futbolçusu David de Xea və hazırda “Real”da icarədə olan Kepa Arrisabalaqadan gedir. Hər iki qapıçı “Atletiko”ya qoşulmağa hazırdır.

“Atletiko” La Liqanın cari mövsümündə 33 turdan sonra 64 xal toplayıb. Dieqo Simeonenin yetirmələri turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
Mənbələr
Şərh ()
Bağla