AZ

Şəkidə iki nəfər odlu silahla qətlə yetirildi - Yenilənib

Mayın 4-də saat 16 radələrində Şəki rayonu Baş Şabalıd kəndində 1966-cı il təvəllüdlü Sədiyev Azər Sədi oğlu və 1957-ci il təvəllüdlü Məmmədsoy İsrafil Əhmədiyyə oğlunun ov silahı ilə qətlə yetirilmələri barədə polisə məlumat daxil olub. 

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1965-ci il təvəllüdlü Namiq Məmmədov hadisədən sonra özünə xəsarət yetirib. O, xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.

***

Hadisə ilə bağlı Şəki rayon prokurorluğu məlumat yayıb.

Bildirilib ki, mayın 4-də saat 17 radələrində Şəki rayonu ərazisində 2 nəfərin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1965-ci il təvəllüdlü Namiq Məmmədovun rayonun Baş Şabalıd kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı həmkəndliləri 1966-cı il təvəllüdlü Azər Sədiyev və 1957-ci il təvəllüdlü İsrafil Məmmədsoya ov silahından atəş açaraq qəsdən öldürməsi, daha sonra isə həmin silahla özünə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Namiq Məmmədov saxlanılaraq polis müşayiəti altında xəstəxanada ona tibbi yardım göstərilir.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
5
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Lerikdə uçqun baş verən ərazidə nəqliyyatın hərəkəti nəzarətə götürülüb
17891
Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
14698
Ramiz Tahirovun yerinə bu general təyin edildi - Foto
9734
Otaqda meyiti tapılan tibb bacısının ÜRƏKDAĞLAYAN FOTOLARI
8279
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
7335
İntim videolar çəkən polkovniklə bağlı ŞOK AÇIQLAMA
7119
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
7105
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
7025
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
6920
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
6662
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
5661
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
5397
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
5191
İntim videolar çəkən polkovnik şikayətini geri götürdü
5027
“İçkimə nəsə qatmışdılar, həmin gecədən…“ - Rozadan şok açıqlama
4818
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
4540
Sabah 20 dərəcə isti olacaq
4213
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
3977
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
3343
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
3268