AZ

Gimnastlarımız Bakıda keçirilən Avropa kubokunun finalına çıxıblar

Bakı. Trend:

"Gənclər" arasında fərdi proqramda çıxış edən Azərbaycangimnastları İlahə Bahadırova, Gövhər İbrahimova və ŞəmsAğahüseynova Bakıda keçirilən bədii gimnastika üzrə Avropakubokunun finalına yüksəliblər.

Trend xəbər verirki, Gövhər İbrahimova halqa ilə hərəkətlərdə 29.450 xal toplayıb vətəsnifat mərhələsində 5-ci yeri tutub. İlahə Baxadırova 31.100xalla təsnifat mərhələsində ikinci yeri tutaraq top proqramı üzrəfinala yüksəlib.

Fidan Qurbanlı gürzlərlə hərəkətdə finala vəsiqə qazanabilməyib; o, 27.700 xalla 9-cu yeri tutub.

Qeyd edək ki, bədii gimnastika üzrə Avropa kuboku mayın 3-5-dəBakıda Milli Gimnastika Arenasında keçirilir. Müsabiqədə 37 ölkədənnümayəndələr iştirak edir. Gimnastlar iki yaş kateqoriyasında çıxışedirlər - “böyüklər” (fərdi proqram və qrup hərəkətləri) və“gənclər” (fərdi proqram).

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
1
Mənbələr
Şərh ()
Bağla