AZ

Kürdəmirdə toyda BƏDBƏXT HADİSƏ: Goranboydan gələn qonaq vəfat edib

Goranboydan Kürdəmirə toya qonaq gələn 55 yaşlı kişi  dünyasını dəyişib. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonda yerləşən şadlıq evlərindən birində qeydə alınıb.

Belə ki Goranboy rayon sakini 1969-cu il təvəllüdlü Avazov Vüqar Zahid oğlu toy şənliyində olarkən qəfildən halı pisləşib. Yaxınları onu dərhal Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparıblar.

Xəstəxanada həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və elə xəstəxana dünyasını dəyişib.

Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Hazırda fakt araşdırılır.

Bizim.Media, Aran bürosu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
106
Mənbələr
Şərh ()
Bağla