AZ

ABŞ-ın Bakıdakı səfiri nə etdiyinin fərqindədir?

ABŞ-ın ölkəmizdəki səfiri Mark Libbi bir qrupjurnalisti diplomatik nümayəndəliyin binasına dəvətedib.

Rəsmi səbəb "Ümumdünya Mətbuat Azadlığı Günü ilə bağl müsahibə"olub.

Real səbəb isə Azərbaycanda "müstəqil və müxalifyönlü kütləviinformasiya vasitələri" adı altında fəaliyyət göstərərək ölkəyəqanunsuz yollarla külli miqdarda valyuta keçirən, çalışdıqları vəya rəhbərlik etdikləri saytların "partizan vərəqəsi" tipajındaişini təmin edərək gəlirlərinin mənbələrini göstərməyən, maliyyəresurslarını və işlərinin məqsədini açıqlamayan "jurnalist"lərinşikayətlərini dinləməkdi.

Eyni zamanda, bu şəxslərə Birləşmiş Ştatların dolayısı yolla,üstüörtülü dəstəyi də vəd olunub.

"Azərbaycanda, xüsusən noyabr ayından bəri, mənim gəlişimdən birqədər əvvəl, müstəqil mediaya və vətəndaş cəmiyyətinə qarşıtəzyiqlərlə bağlı gördüyümüz hadisələr həqiqətən, dənarahatedicidir", - səfir deyib.

Mark Libbi elə bu cümlədə diplomatik nümayəndəliklərinfəaliyyətini nizamlayan Vyana konvensiyasının 41-ci maddəsinipozaraq Azərbaycanın daxili işlərinə müdaxiləyə cəhd edir.

Səfirin sözlərinə görə, bu, "Azərbaycanı illərlə geriyə atır vəo cümlədən Azərbaycanda keçiriləcək COP 29 fonunda dünyanın diqqətiAzərbaycandadır".

O deyib ki, ABŞ Azərbaycan hökuməti ilə söhbətlərində buməsələni qaldırır: “Bu, ictimai şəkildə qaldırdığımız birməsələdir. Bu, özəl görüşlərimizdə də qaldırdığımız bir məsələdirvə biz bunu etməyə davam edəcəyik," - səfir Libbi deyib.

Azərbaycan hakimiyyətinin həbs edilmiş jurnalistlər və ictimaifəallara qarşı irəli sürülən qaçaqmalçılıq ittihamlarının ABŞ, Aİvə başqa beynəlxalq təşkilatlardan qaynaqlandığı iddia edilənmaliyyəni də əhate etdiyini nəzərə alaraq, ABŞ-ın bu cinayətişlərində özünü hədəf kimi hiss edib-etmədiyinə dair suala cavabolaraq səfir deyib ki, sən demə, “ABŞ-ın gördüyü işlərdəqeyri-şəffaf və ya üstüörtülü heç nə yoxdur və Azərbaycan hökumətidə bunu bilir”.

"Dövlət mediasında təhqir olunursunuzsa, tam şəffaf şəkildəgördüyünüz iş yeganə cinayəti açıq məlumat çatdırmaq və azad ifadəolan insanlara qarşı saxta və qondarma cinayət ittihamlarıyaradırsa, o zaman tərəfdaşınızla məhsuldar münasibət qurmaq çoxçətindir olur,"- səfir bildirib.

Cənab səfirin diqqətinə çatdırmaq istərdim ki, açıqlamalırda,çox yumşaq desək, həqiqətdən uzaqdır. Həddən ziyadə uzaq.

Onun bəhs etdiyi şəxslərin necə, hansı yollarla, kimlərtərəfindən, niyə maliyyəşdirildiyi iddialarla, ittihamlarla yox,faktlarla, dəlillərlə sübut olunub.

Mark Libbi həmin şəxslərlə təşkilatların maliyyələşdirilməsindəAzərbaycan qanunlarının pozulduğunu, pulların Gürcüstandakı bankhesablarına köçürüldüyü, sonradan Azərbaycana müxtəlif hesablaraköçürüldüyünü də bilməmiş deyil.

Amma heç nə olmamış kimi davranır.

Aydındır, cənab səfiri anlayırıq, belə deməlidir. "ABŞ-ın birsıra dövlət və dövlətin tam nəzarətindəki özəl təşkilatları,fondları, cəmiyyətləri və s. Azərbaycandakı radikal müxalifəti,qanunu pozmaqla fəaliyyət göstərən "media"nı maliyyələşdirərəkdəstəkləyir" deyəsi deyil ki.

M.Libbinin dediyinə görə, Amerika tərəfi hər şeyi qanunçərçivəsində edib: "Azərbaycan hökumətinin öncədən bilmədiyi heçbir şey yoxdur və onların bununla bir problemləri yox idi. İndi isəbirdən qərara gəlirlər ki, bu, çirkli pulların yuyulmasıdır," səfirdeyib.

Daha sonra o, Azərbaycanın hakimiyyət dairələrini qərəzdə vəsaxtakarlıqda suçlayıb: "Əgər Azərbaycan hökuməti çirkli pullarınyuyulması ilə bağlı saxta ittihamlar irəli sürmək və bundan ictimaixadimləri, jurnalistləri, vətəndaş cəmiyyətini mühakimə etmək və yaqorxutmaq üçün istifadə etmək qərarına gəlirsə, məncə bu,Azərbaycan hökumətinin siyasətinin dəyişməsi deməkdir".

ABŞ-ın ölkəmizdəkim səfiri rəsmi Bakıya meydan da oxuyub: "Nəqədər ki, həvəsli tərəfdaşlarımız var, biz onlarla iqtisadiinkişafı, qadınların səlahiyyətlərinin artırılmasını, azad medianıdəstəkləyəcəyik, bunlar bizim üçün əsas prioritetlərdir. Nə qədərki, tərəfdaşlarımız var, biz bunu etmək üçün yollar tapmağaçalışacağıq".

Mark Libbi Şuşaya niyə getməməsi ilə bağlı sualı dacavablandırıb.

Məlum olduğu kimi, ABŞ və Fransa səfirlərinin Azərbaycanhökumətinin Şuşada və işğaldan azad olunmuş başqa yerlərdə təşkiletdiyi tədbirlərə qoşulmaması Azərbaycan ictimaiyyəti tərəfindəntənqid olunmuşdu.

Mark Libbi bu suala cavab verərkən deyib ki, bir səfir kimi onunAzərbaycan ərazisində səfərlərini səfirlik planlaşdırır (AzadlıqRadiosu). O bildirib ki, indiyədək, Azərbaycanın bir neçəregionunda olub:“Aydındır ki, qaytarılmış ərazilər bir azcafərqlidir. Bir az daha çox koordinasiya tələb edir... Amma mənharasa kiminsə şousunun iştirakçısı olmaq üçün getmək istəmirəm...Odur ki, bunu etməyin vaxtı gələndə, mən bunu edəcəyəm”.

ABŞ-ın Azərbaycandakı səfiri 2-ci Qarabağ Müharibəsi başaçatandan bəri bir dəfə olsun belə (!) Şuşaya səfər etməyib.

Absurd, paradoksal vəziyyətdir.

Birləşmiş Ştatlar Azərbaycanın ərazi bütünlüyünü, sərhədtoxunulmazlığını və suverenitetini tanıyırsa, nə üçün Bakıdakısəfir Şuşaya ayaq basmaqdan qətiyyətlə boyun qaçırır?

Problem nədir? ABŞ səfirliyinin rəhbərlərinin çoxsaylıaçıqlamaları, yumşaq desək, inandırıcı təsir bağışlamır.

Erməni işğalından azad edilmiş torpaqları "qaytarılmış ərazilər"adlandıran M.Libbi "qaytarılmış ərazilər bir azca fərqlidir"deyərkən nəyi nəzərdə tutur, fərqi nədə görür? Və ümumiyyətlə, "birqədər fərqli ərazilər" nə deməkdir?

Azərbaycan ərazilərinin hər qarışı bizə əzizdir və eynidir.

Bəs «şou»dan bəhs edərkən Mark Libbi nəyi nəzərdə tutur? OlmayaAzərbaycanda fəaliyyət göstərən diplomatların, xaricdən gələnqonaqların Şuşaya səfərləri Libbi üçün şoudur?

Mark Libbi Şuşaya getmək istəmir - istəməsin. Onu və Fransanınsəfirini kimsə artıq Şuşaya dəvət etmək niyyətində deyil.

Fəqət, Libbinin bu açıqlamaları torpaqlarımızın 20 faizininerməni işğalında olduğu 30 il ərzində ATƏT-in Minsk Qrupunda üçhəmsədr ölkə arasında yer almış ABŞ-ın fəaliyyətinin əslmahiyyətini ortaya qoyur.

Mark Libbinin daha sonra jurnalist Xədicə İsmayılovanı qəbuledərək ona dəstək vəd etməsi kimi.

ABŞ-ın Bakıdakı səfirinin nəzərinə çatdırmaq istərdik ki, onunson açıqlamaları Azərbaycanın daxili işlərinə kobud müdaxilə kimidəyərləndirilə bilər və hadisələr Libbinin Bakıdan uzaqlaşdırılmasıilə sonuclanar.

Məqalədə:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
133
23
Mənbələr
Şərh ()
Bağla