AZ

“Ver yeyim, ört yatım, gözlə canım çıxmasın..?”

...Deməli, Ukraynada münaqişə başlayandan sonra 1,1 milyon, bəlkə də bir qədər çox ukraynalı Almaniyaya qaçıb.

...Ancaq, maraqlıdır ki, onların hər beş nəfərindən yalnız biri işləyir, qalanları isə ümumi mülki və işsizlik müavinətləri alırlar.

SİA-nın əldə etdiyi məlumata görə, bunu “Bild” nəşri qeyd edir.

Nəşr, Almaniyanın demək olar ki, bütün sektorlarında kadr çatışmazlığı olsa da, Ukraynadan qaçanların bu ölkədə iş tapmağına nəyin mane olduğu barədə danışıb.

Məsələn, Marqaritanın 27 yaşı var, yeddi yaşlı oğlu ilə Almaniyada yaşayır və səmimi olaraq müavinətlər onun üçün yetərli olduğunu deyir.

...Sosial təminatdan aldığımız faydalar çox yaxşıdır və biz Almaniyada özümüzü rahat hiss edirik.

Bunu da ukraynalı qaçqın xanım deyir.

Və ya başqa bir, 31 yaşında olan və hazırda bir yaşlı oğlu Stefanı böyüdən başqa bir ukraynalı ana işləmək istədiyini desə də, amma Stefan üçün uşaq bağçasında yerin olmamasını buna maneə kimi göstərir.

...O da maraqlıdır ki, Almaniyada işləməyin gəlirsiz olduğunubəyan edənlər də var, məsələn, poltavalı 40 yaşlı Yuri Kudrinski... Almaniya Məşğulluq Mərkəzi mənə az maaşlı sadə bir iş təklif edir, düzünü desəm - buna dəyməz - deyir.

Yurinin sözlərinə görə, Amazonda saatda 8 və ya 9 avroya işləmək və eyni zamanda elektrik enerjisi, su və mənzil üçün pul ödəməyə heç bir motivasiyası yoxdur.

Onsuz da sosial mərkəz kommunal xərclərini ödəyir də...

...Digərləri, məsələn, 50 yaşlı mühasib Svetlana və 53 yaşlı iqtisadçısı Sergey öz peşələrini qorumaq arzusunda israr edirlər. Amma bunun üçün onlar alman dili kursunu bitirməlidirlər.

Yeri gəlmişkən, dil kursları həqiqətən ukraynalı qaçqınlar üçün böyük problemdir.

Belə ki, bunu Ukraynada iqtisadiyyat və marketinq üzrə iki ali təhsil almış, lakin dil kursunda yer ala bilməyən 38 yaşlı Yuliya təsdiqləyir.

...Mən işə qayıtmaq istəyirəm, lakin iş mərkəzi əlavə dil kurslarına icazə vermir.

Qeyd edilir ki, Almaniyada kvalifikasiyaların tanınmasında da problemlər var. Məsələn, 43 yaşlı Yelena özəl universitetdə sosial işçi olmaq üçün Ukraynada 4 il təhsil alıb,lakin bu ixtisas Almaniyada tanınmır.

O, diplomu tərcümə edib, təsdiq edib, lakin buna və uşaq bağçasında 14 illik iş təcrübəsinə baxmayaraq, yenidən iki illik təlim keçməlidir.

Bundan əlavə, o da bir çox yerliləri kimi Alman dilini bilmir.

...Lakin bütün bunlara baxmayaraq, qaçqınların əksəriyyəti

müavinət almağı minimum əmək haqqı ilə ağır, bacarıqsız işlərdə işləməkdən daha sərfəli hesab edirlər.

Əslində bunu “Bild” nəşri də üstüörtülü də olsa etiraf edir.

Ağasəf Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
Mənbələr
Şərh ()
Bağla