AZ

İrlandiya və İngiltərədə tələbələr Fələstinə dəstək nümayişi keçiriblər

İrlandiyanın paytaxtı Dublində Trinity Kollecinin tələbələri və bir qrup fəal Fələstinə dəstək nümayiş etdirib.

Londonda Universitet Kollecinin qarşısında da Fələstinlə həmrəylik aksiyası keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Tələbələr kampusda qurduqları çadırlara “İsrail terror dövlətidir”, “Soyqırıma son”, “Çaydan dənizə” və “Azad Fələstin” yazıblar. Şəhərdəki İşıq Anıtı önünə toplaşan fəallar Fələstin və İrlandiya bayraqlarını açaraq Trinity Kollecinə doğru yürüş ediblər.

Nümayişçilər şəhərciyin qarşısında tələbələrə dəstək şüarları səsləndirərək, əllərində “Trinity College məzunları tələbələrin yanındadır”, “İsrail ilə əlaqələri kəsin” və “Azad Fələstini” yazan pankartlar tutublar.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
108
Mənbələr
Şərh ()
Bağla