AZ

Balaəli: "Toylarda qafiyə tutmağı Rəşad Dağlıdan öyrənmişəm" - VİDEO

"Allah Rəşad Dağlının qapısını açsın. Mənim borcumdur Rəşadın o iki uşağına qayğı və diqqət göstərmək. Mən bunu onların bir əmisi kimi edirəm. Bunu etmək üçün isə pul lazım deyil.

Bizim.Media xəbər verir ki, bu sözləri meyxanaçı Balaəli Maştağalı (Rzayev) qonaq olduğu "Günaylı gün" verilişində deyib.

Söz xiridarı hazırda məhbus həyatı yaşayan həmkarı Rəşad Dağlıdan söz açıb:

Rəşadın uşaqları elə bil ki, mənə mənim qardaşımın övladları kimidirlər. Canımı belə istəsələr, verərəm. Rəşadın həm oğlu Yusif, həm də qızı Bətül çox ağıllı uşaqlardır".

Meyxanaçı qafiyələri tutmağı R.Dağlıdan öyrəndiyini də etiraf edib:

"Toylarda qafiyə tutmağı Rəşad Dağlıdan öyrənmişəm. Əzəldən mənim Rəşadla çox gözəl münasibətim olub. Rəşad mənim üçün böyük məktəbdir. Rəşaddan çox şeyi görüb-götürmüşəm. Bunu isə heç zaman dana bilmərəm. İnsanlar gərək bir-birinin haqqını yeməsinlər. Rəşadın təkcə mənə yox, bütün meyxanaya böyük dəstəyi olub. Mən onun yaxşı tərəflərindən yararlanmışam".

Qeyd edək ki, Rəşad Dağlı qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi avtomobilində bıçaqla qətlə yetirib. Hadisə 2022-ci il noyabrın 9-da baş verib. Rəşad Dağlıya qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü maddələri (qanunsuz soyuq silah gəzdirmə) ittiham irəli sürülüb, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın hökmü ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 
 

Rəşad Əliyev, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
Mənbələr
Şərh ()
Bağla