AZ

Rusiya raketləri Makronu QORXUYA SALDI: "Növbəti saniyədə..."

"Rusiya raketlərinin gücü və uçuş məsafəsi Avropanı risk altında qoyur".

Publika.az xəbər verir ki, bunu “La Tribune” qəzetinə müsahibəsində Fransa Prezidenti Emmanuel Makron deyib.

Onun sözlərinə görə, Ukrayna Fransa sərhədlərindən 1500 kilometr aralıda yerləşdiyi üçün avropalıların təhlükəsizliyi təhlükə altındadır .

"Rusiya qalib gəlsə, növbəti saniyədə nə Rumıniyada, nə Polşada, nə də bizdə təhlükəsizlik olmayacaq. Rusiya ballistik raketlərinin mənzili hamımızı risk altında qoyur”, - Makron bildirib.

Bundan əvvəl Makron Qərb qoşunlarının Ukraynaya mümkün göndərilməsi barədə danışdıqdan sonra “strateji qeyri-müəyyənlik” yaratmaq üçün tam məsuliyyət daşıdığını bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
Mənbələr
Şərh ()
Bağla