AZ

Mingəçevir sakini bıçaqlanıb, vəziyyəti ağırdır

Mingəçevir sakini naməlum şəraitdə bıçaqlanıb.  

"Unikal"ın məlumatına  görə hadisə şəhər ərazisində baş verib. Belə ki, 1986-cı il təvəllüdlü şəhər sakini İsmayılov Zaur Ramazan oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Ağır vəziyyətdə özünü xəstəxanaya çatdıran 38 yaşlı kişi əməliyyat olunaraq reanimasiya şöbəsinə yerləşdirilib.

Hüquq- mühafizə orqanları tərəfindən hadisənin təfərrüatları araşdırılır. 

Ehtiram Muradov

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
Mənbələr
Şərh ()
Bağla