AZ

Gəncədə ekoloji konfrans

Gəncə Şəhər İcra Hakimiyyəti, Elm və Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasi  (AMEA) Gəncə Bölməsi və Bioresurslar İnstitutunun  birgə təşkilatçiliği ilə “Boyaq bitki xammalları və tullantılarının emalı” mövzusunda respublika konfransı keçirilib. Tədbiri giriş sözü ilə AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əlyev açaraq tədbirin “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında” ölkə Prezidentinin sərəncamına uyğun olaraq keçirildiyini vurğulayıb.  

Elm və Təhsil Nazirliyinin Bioresurslar İnstitutunun direktoru, kimya üzrə fəlsəfə doktoru İmran Qasımov çıxışında  konfransın proqramının zəngin olduğunu, ekoloji problemlərin həlli üçün irəli sürülən təkliflərin həyata keçirilməsində alimlərin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib. AMEA Şəki Regional Elmi Mərkəzin direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü respublikamızda ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində köklü işlər aparıldığını vurğulayıb. Gəncə Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov isə çıxışında alimlərimizin ölkənin elmi, iqtisadi və mədəni potensialının artırılmasına verdikləri töhfələrin Azərbaycanın çiçəklənməsinə xidmət etdiyini bildirib.  

Hamlet QASIMOV, 
XQ-nin bölgə müxbiri

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
Mənbələr
Şərh ()
Bağla