- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
“Həkimlərimizi tanıyaq!” rubrikamızda bu dəfə Əməkdar həkim Sevinc Yusifovadan bəhs edəcəyik.
Yusifova Sevinc İsaq qızı 1954-cü ildə Şəmkir rayonunda anadan olub. 1973-cü ildə Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetini bitirib. 1979-cu ildə 5 nömrəli Xəstəxanada internatura keçib.
O, 1982-1986-cı illərdə 26 nömrəli Şəhər Poliklinikasında, 1986-1995-ci illərdə isə 27 nömrəli Şəhər Poliklinikasında sahə həkimi vəzifəsində çalışıb. 1995-ci ildə həmin poliklinikada şöbə müdiri vəzifəsinə keçirilib.
2013-2022-ci illərdə 27 nömrəli Şəhər poliklinikasında baş həkimin müavini vəzifəsində fəaliyyət göstərib. 2022-ci ildə həmin müəssisənin baş həkimi vəzifəsinə təyin olunub.
S.Yusifova 2015-ci il 12 iyun tarixində “Tərəqqi” medalı ilə təltif olunub, 2018-ci il 23 iyun tarixində isə “Əməkdar həkim” fəxri adına layiq görülüb.
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.