AZ

“Mən özümü xalqlar dostluğunun daşıyıcısı hesab edirəm“ - Rabbim Baraşov

“Mən Qazaxıstan vətəndaşıyam. Aktau şəhərində yaşayıram. Aktaudan Bakıya bir saata uçmaq olar. Bizim ortaq səmamız, ortaq dənizimiz var. Eyni köklərə sahibik. Bu gün mən dost Azərbaycan torpağındayam. Məndə çoxdan bir fikir yaranıb. Mən bu səfərə son bir ildə hazırlaşdım. Paris çox uzaqdadır. Olimpiada müharibələrin və çəkişmələrin dayandığı bir hadisədir. Mən özümü xalqlar dostluğunun daşıyıcısı hesab edirəm. Mənə kömək edən Azərbaycan konsulu Elçin müəllimə çox sağ ol deyirəm. Federasiya nümayəndələri məni Azərbaycanda qarşıladılar, otaq verdilər, hətta məni Gürcüstanla sərhədə aparacaq maşın da təşkil etdilər. Mən belə mehriban davranışa görə şadam və xeyirxah insanları həmişə xatırlayacağam”. SİA xəbər verir ki, bu sözləri velosipedçi Rabbim Baraşov açıqlamasında deyib.

“Mənim niyyətim Olimpiya Oyunları başlamazdan əvvəl orada olmaqdır. İyulun 26-na iki ay yarım qalıb və mən orda olacam. Bunlar mənim planlarımdır. Mənim 64 yaşım var və velosiped həvəskarıyam. Və hər kəsi bu həyat tərzi sürməyə dəvət edirəm. Qardaş xalqa çox sağ ol deyirəm. Olimpiadada təbii ki, Qazaxıstana və dost Azərbaycan yığmasına köklənəcəyəm. Güclü güləşçiləriniz, boksçularınız var, yəqin ki, onlar olimpiya çempionu olacaqlar. Bayraqlarla olacağam, alqışlayacağam, idmançılarımızı dəstəkləyəcəm”,- deyə o əlavə edib.

Qeyd edək ki, Qazaxıstan vətəndaşı, velosipedçi Rabbim Baraşov Olimpiadaya həsr etdiyi velotur üçün Bakı - Tbilisi - Batumi - Ankara - İstanbul - Sofiya - Budapeşt - Belqrad - Münhen - Paris marşrutu ilə yol qət edəcək.
Ləman Sərraf

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
Mənbələr
Şərh ()
Bağla