AZ

Azərbaycanda qadınlarla bağlı

Azərbaycanda qadınların pensiyaya daha tez çıxması məsələsi geniş müzakirə olunan məsələlərdəndir. Bu mövzu zaman-zaman ictimailəşib və müxalif ekspertlər öz fikirlərini bildiriblər. 

BAKU.WS-in məlumatına görə, deputat Vüqar Bayramov da məsələ ilə bağlı açıqlama verib. 

O qeyd edib ki, Milli Məclisə etdiyi təkliflərdən biri də qadınlarla kişilərin pensiya yaşında diferensial yanaşmanın tətbiq edilməsi ilə bağlıdır: "Biz qadınların daha tez pensiyaya çıxmasını təklif edirik. Əvvəlki illərdə də təklifimiz bu olub ki, qadınların pensiya yaşı 63 yaşda saxlanılsın. Bununla qadınlar kişilərdən daha tez pensiyaya çıxmaq hüququ əldə etsin. 

Nəzərə almaq lazımdır ki, bu praktika bir çox ölkələrdə, o cümlədən Avropa ölkələrində tətbiq olunur. Oxşar təcrübənin ölkəmizdə də tətbiqi məqsədəuyğun olardı. Qadınların pensiya yaşında, nisbətən yaşlı dövlərdə daha çox sosial təminata ehtiyacı var. Buna görə, diferensial yanaşmanın tətbiq edilməsi və kişilərlə müqayisədə qadınların daha tez pensiyaya çıxmasını məqsədəuyğun hesab edirik".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
24
Mənbələr
Şərh ()
Bağla