AZ

Cənubi Koreya ordusu ABŞ-nin kiber təlimlərində iştirak edəcək

Koreya Respublikasının Kiber Əməliyyatlar Komandanlığının doqquz üzvü ABŞ-nin ev sahibliyi etdiyi çoxtərəfli təlimdə iştirak edəcək.

"Operativ Media" xəbər verir ki, bu barədə "Yonhap" agentliyi Cənubi Koreya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb. 

Agentliyin məlumatına görə, təlimlər mayın 5-dən mayın 11-dək Virciniya ştatında keçiriləcək. Təlim 2011-ci ildən etibarən hər il ABŞ-nin, onun müttəfiqlərinin və tərəfdaşlarının kiberməkanda təhdidlərə qarşı mübarizə imkanlarını gücləndirmək, beynəlxalq əməkdaşlıq və məlumat mübadiləsində ahəngdarlığı artırmaq məqsədi ilə təşkil olunur.

Koreya Respublikası üçüncü dəfədir bu tip təlimlərdə iştirak edir. Təlimlər bu dəfə Avstraliya, Britaniya, Kanada, Yeni Zelandiya və ABŞ-nin daxil olduğu "Beş Göz" kəşfiyyat alyansı da daxil olmaqla 18 ölkəni təmsil edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
110
31
Mənbələr
Şərh ()
Bağla