AZ

ABŞ Ukrayna müharibəsinin uzanacağını açıqladı - Ukraynanı 25-ci ildə əks -hücuma hazırlayırlar...  

 

ABŞ prezidenti Baydenin milli təhlükəsizlik üzrə müşaviri Cek Sallivan bildirib ki,  Qərbdən hərbi yardım alan Ukrayna 2025-ci ildə döyüş meydanında yeni əks-hücum əməliyyatına başlaya bilər.

Musavat.com bildirir ki, bu açıqlamanın bir anlamı var:  ABŞ Rusiya - Ukrayna müharibəsinin bitməsini istəmir və hətta proqnozlaşdırmır.

Buradan həm də o nəticə çıxır ki, Ağ Ev Ukraynanı 25-ci il üçün hücuma hazırlayır. Konqresin yardımlara yaşıl işıq yandırması ilə Ukraynanın yenidən silahlandırılması, cəbhəxanasının yenilənməsi fonunda müharibəsinin yenidən alovlanması, hərbi əməliyyatlarda daha sərt fəallığın olması gözlənilən idi.

Lakin bir çox analitiklər də düşünürdü ki, müharibə bu ilin sonlarında başa çata bilər. Sallivanın açıqlaması isə optimistlərin baxışlarına yaşama haqqı tanımır - müharibə davam edəcək. Böyük Britaniyanın sabiq baş naziri demişkən: "Sonuncu ukraynalı qalana qədər..."

 

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
Mənbələr
Şərh ()
Bağla