AZ

Erməni professor: “Qərb Zəngəzur dəhlizində daha maraqlıdır”

“Orta Dəhliz”in formalaşdırılması və onun benefisiarların müəyyənləşdirilməsi üzrə Avropa Birliyi-Bakı dialoqu dərinləşir.

“Cebhe.info” xəbər verir ki, bu barədə o, öz “Facebook” səhifəsində siyasi elmlər doktoru, professor Vahe Davtyan yazır.

“Orta Dəhliz” layihəsi artıq bir neçə dəfə Aİ-nin müxtəlif rəsmiləri tərəfindən, o cümlədən 2022-ci ildə Türkiyə, Azərbaycan və Özbəkistan tərəfindən “Daşkənd Bəyannaməsi”nin qəbulundan sonra müsbət qarşılanıb.

V.Davtyanın sözlərinə görə, “Orta Dəhliz” və ya “Şərq-Qərb-Orta Transxəzər Dəhlizi”nin məqsədi Mərkəzi Asiya və Cənubi Qafqaz ərazisindən keçməklə Çin və Avropa arasında multimodal nəqliyyat əlaqələrini təmin etməkdir:

 “Maraqlıdır ki, bəyannamədə məqsədi Rusiyadan yan keçməklə Avropa-Qafqaz-Asiya logistikasının yaradılması olan TRASEKA təşəbbüsündən bəhs edilir.

Başqa sözlə, “Orta Dəhliz” Avropanın nəqliyyat strategiyasına səmərəli şəkildə inteqrasiya olunub.

İndi ən vacib şey. Həmin “Daşkənd Bəyannaməsi”ndə Azərbaycanın digər bölgələri ilə Naxçıvan arasında quru nəqliyyat əlaqələrinin yaradılmasına xüsusi diqqət yetirilir. Bəyannamənin 11-ci bəndində oxuyuruq:

“Tərəflər beynəlxalq nəqliyyat əlaqələrinin genişləndirilməsi üçün Şərqi Zəngəzuru və Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasını birləşdirən Zəngəzur dəhlizinin açılmasını vurğulayırlar””.

Ekspert bildirib ki, AB Zəngəzur dəhlizini Avropa-Qafqaz-Asiya nəqliyyat strategiyasının bir hissəsi kimi nəzərdən keçirməkdə davam edir:

“İndi onu “Orta Dəhliz” layihəsində yerləşdirməyə çalışır. Məqsəd sadədir: Xəzər dənizinə və Mərkəzi Asiyaya əlavə çıxış əldə etmək, karbohidrogen idxal marşrutlarını şaxələndirmək və Transxəzər qaz kəmərini çəkmək.

Bu məsələdə AB ilə Ankaranın maraqları daha çox üst-üstə düşür, xüsusən də sonuncunun beynəlxalq enerji nəqliyyatı mərkəzi olmaq ambisiyalarını nəzərə alsaq. Azərbaycan həm də, gördüyümüz kimi, Şimal-Cənub və Şərq-Qərb meqalayihələrini birləşdirməyi bacaran mühüm nəqliyyat qovşağıdır. 

Beləliklə, Zəngəzur dəhlizinin benefisiarları arasında Qərbin marağı getdikcə aydınlaşır”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
Mənbələr
Şərh ()
Bağla