AZ

"Deyiləcək söz yoxdur" - "Neftçi"nin qapıçısı

style='margin-bottom:10px;'>

"Neftçi"nin futbolçusu Rza Cəfərov Misli Premyer Liqasının 33-cü turunda "Qarabağ"la oyundan (0:5) sonra jurnalistlərə açıqlama verib.

QOL.az xəbər verir ki, 20 yaşlı qapıçı öncə oyunla bağlı fikirlərini bildirib: “Deyəcək heçnə yoxdur. Gördüyünüz kimi... Meydana qələbə üçün çıxmışdıq, amma alınmadı”.

O, “Neftçi”nin belə nəticələr göstərməsinin səbəbini nədə görürsünüz?” sualına bu cür cavablandırıb: “Mən meydana çıxıb öz işimi görməyə çalışıram. Başqa heçnə deyə bilmərəm. Öz oyunumdan danışsam, 5 qol buraxmışam, necə qiymətləndirə bilərəm? Çox pis”.

R. Cəfərov, azarkeşlərə çağırış etdikdən sonra bu cür məğlubiyyətin onlara pis təsir edəcəyini qeyd edib: “Biz də çox məyusuq. Onlar da meydana təzə qayıtmışdılar. Belə nəticənin qeydə alınması həm azarkeşlər üçün pis oldu, həm klub üçün. 3 turumuz qalıb. Onları qazana bilsək, yaxşı olar”.

O, Yuri Matiasın 79-cu dəqiqədə aldığı qırmızı vərəqə haqda da danışıb: “Orda mümkün ofsayd epizoduna görə hakimə narazılıq bildirdi. Mən uzaqdan görmürdüm, ora çatmadım. Yəqin ki, etirazla əlaqəli olar”.

Sonda R. Cəfərov heç bir kluba getmək fikri olmadığını bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
Mənbələr
Şərh ()
Bağla