AZ

Zaxarova: Baltikyanı ölkələrlə əlaqələr onların addımlarına görə qırılıb

"Moskva heç vaxt diplomatik münasibətləri pozmaq təşəbbüsü göstərmir. Baltikyanı ölkələrin düşmən münasibətinə görə bütün dövlətlərarası əlaqələr qırılıb".

"Operativ Media" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiya Federasiyası ilə Baltikyanı ölkələr arasında münasibətlərin tamamilə kəsilməsinin mümkünlüyü ilə bağlı sualı cavablandırarkən RİA Novosti-yə bildirib.

"Rusiya heç vaxt digər ölkələrlə diplomatik münasibətlərin kəsilməsi təşəbbüsü ilə çıxış etmir, dialoq imkanlarını qoruyub saxlamağa çalışır", - Zaxarova deyib.

Diplomat əlavə edib ki, dost olmayan dövlətlər normal qarşılıqlı əlaqəni çətinləşdirmək üçün mümkün olan hər şeyi edirlər.

"Bu məsələdə Baltikyanı ölkələr xüsusilə uğurlu olub. Vilnüs, Riqa və Tallinin açıq düşmən xəttinə görə Rusiya ilə bütün dövlətlərarası, idarələrarası, regional və sektoral əlaqələr kəsilib", - Zaxarova vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
2
Mənbələr
Şərh ()
Bağla