AZ

23 illik nəticənin təkrarı

NBA-da pley-offunda Entoni Edvards Kobi Brayantın 23 illik nəticəsini təkrarlayıb.

İdman.biz xəbər verir ki, “Minnesota Timbervulvz”un basketbolçusu pley-offda ardıcıl 2 oyunda 40-dan çox xal toplayıb.Entoni ikinci mərhələnin ilk matçında “Denver”ə qarşı 43 xal toplayıb. 22 yaşlı basketbolçunun uğurlu çıxışı “Minnesota”ya hazırki çempionu 106:99 hesabı ilə məğlub etmək imkan verib. O, bundan əvvəl “Finiks”lə seriyanın 4-cü oyununda 40 xal toplayıb.

Qeyd edək ki, Brayant 2001-ci ilin mayında “Sakramento” (48 xal) və “San-Antonio” (45 xal) ilə ardıcıl 2 görüşdə 40-da çox toplayıb.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
141
1
Mənbələr
Şərh ()
Bağla