AZ

38 yaşlı qadınla 18 yaşlı gəncin eşqi - VİDEO - FOTO

Türkiyənin "Med yapım" şirkətinin iki il öncə çəkdiyi "Ru" serialının yayım tarixi müəyyənləşib.

Milli.Az olay-a istinadən xəbər verir ki, Meryem Üzerli və Burak Berkay Akgülün baş rollarda yer aldığı layihə 24 mayda "GAİN" platformasında yayımlanacaq.

38 yaşlı Reyan ilə 18 yaşlı Uzerin eşqindən bəhs edən ekran işi 8 bölümdən ibarətdir. Serialda Şevval Sam, Qonca Vuslateri, Derya Alabora, Emre Karayel kimi simalar da rol alır. 

Qeyd edək ki, "Ru" ilk olaraq "Disney plus" platforması üçün çəkilib. Şirkət Türkiyə layihələrinin yayımını dayandırdıqdan sonra ekran işini "GAİN" alıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
2
Mənbələr
Şərh ()
Bağla