AZ

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş şahmat üzrə açıq Ağstafa rayon birinciliyinə start verilib

Şahmat yarışı Ağstafa şəhəri, “Yazıçılar evi”ndə Ağstafa Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Ağstafa rayon Təşkilatı və Qazax-Tovuz Regional Təhsil İdarəsinin Ağstafa rayonu üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə təşkil olunub.
Ağstafa RİH başçısı Seymur Orucov rayonun məsul şəxsləri ilə birlikdə yarışın açılışında iştirak edib, iştirakçılara uğurlar diləyib. Bir neçə gün davam edəcək yarışda yüksək yerləri əldə edən iştirakçılar 10 may 2024-cü il tarixində təltif olunacaqlar.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
228
1
Mənbələr
Şərh ()
Bağla