AZ

"Barselona" "Liverpul"un ulduzunu transfer etmək istəyir

"Barselona" yayda Robert Levandovski ilə yollarını ayırmaq istəyir.

Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisi illik 27 milyon avro maaş alan hücumçunu satmağı planlaşdırır. Bu barədə "The Sun" nəşri məlumat yayıb.

"Barselona" daha az maaş verəcəyi hücumçu transfer etmək niyyətindədir. İspaniya klubunun əsas hədəfi "Liverpul"da çıxış edən Darvin Nunyesi transfer etməkdir. La Liqa nəhəngi uruqvaylı forvard üçün yayda onun klubu ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, "Liverpul" Darvin Nunyesi 2022-ci ilin yayında" Benfika"dan transfer efib.24 yaşlı forvard bu mövsüm Mersisayd təmsilçisinin heyətində meydana çıxdığı 51 rəsmi matçda 18 qol və 13 məhsuldar ötürmə iıə yadda qalıb. Onun klubla müqaviləsi 2028-ci ilin yayına kimidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
221
50
Mənbələr
Şərh ()
Bağla