AZ

Lionel Messi yenə coşdu, ilkə imza atdı: 1 qol, 5 assist - Video

Futbol üzrə Argentina milli komandasının ulduz hücumçusu Lionel Messi ABŞ təmsilçisi “İnter Mayami”də növbəti matçına çıxıb.

Arena.az məlumat verir ki, Mayami təmsilçisi MLS müntəzəm mövsümünün növbəti oyunu çərçivəsində “Nyu-York Red Bullz” ilə üz-üzə gəlib.

Oyun “İnter Mayami”nin 6:2 hesablı qələbəsi ilə başa çatıb. “Vağlar”ın argentinalı hücumçusu komandasının qələbəsinə 5 məhsuldar ötürmə və 1 qolla töhfəsini verib. Beləliklə, Messi karyerası ərzində ilk dəfə bir oyunda 5 məhsuldar ötürmə və 6 səmərəli fəaliyyət müəllifi olub. Həmçinin bu, MLS tarixində bir ilk – rekorddur.

Oyundan sonra Messi adəti üzrə sosial şəbəkə hesabı üzərindən oyunla bağlı paylaşma edib: “Yerli sakinlərin səyahətimizə davam etməsi üçün daha bir mühüm qələbə”.

Həmçinin “İnter Mayami”nin baş məşqçisi Xerardo “Tata” Martino Messinin müstəsna çıxışı barədə fikrini ifadə edib: “Messi həmişə fərq edir. Altı qolda iştirak etdi! Düşünmürəm ki, bir daha belə bir şey görəcəyik”.

MLS-in mətbuat xidməti isə özünün rəsmi “X” sosial şəbəkə hesabı üzərindən Messi haqda belə bir fikir dərc edib: “Bütün zamanların ən böyük oyunçusu. Messi – insan deyil!”.

12 oyunda 24 xal toplamış “İnter Mayami” MLS-in yarış cədvəlinin zirvəsində qərarlaşıb və şərti liderliyini sürdürür.

Lionel Messi “İnter Mayami”yə 2023-cü ilin yayında PSJ-dən azad agent qismində keçib. Hücumçunun amerikan klubu ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

Argentinalı ulduz cari mövsümdə “İnter Mayami”nin heyətində bütün yarışlarda 11 oyuna çıxıb, 12 qol vurub və 11 məhsuldar ötürmə verib. Təcrübəli futbolçunun “İnter Mayami” karyerası ümumilikdə 25 oyun, 23 qol və 16 məhsuldar ötürmədən ibarətdir.

“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. 18 il ərzində ulduz hücumçu yığmada 180 oyun keçirib, 106 qol vurub və 56 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

“Transfermarkt” internet-portalı 36 yaşlı Messinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
Mənbələr
Şərh ()
Bağla