AZ

Pluton retroqradı başladı: Bu bürclərin həyatına ciddi təsir edəcək

L

Mayın üçündə Pluton retroqradı dövrü başlayıb. Təqribən altı ay davam edəcək bu retroqrad zamanı bürclər həyatlarını yenidən nəzərdən keçirib, saf-çürük etmək şansı qazanacaqlar.

News24.az Metbuat.az-a istinadən xəbər verir ki, astroloqların proqnozlarına görə bu dövr ərzində diqqət yetirilməsi lazım olan bir neçə nüans var.

Astrologiyada Pluton gizli güc, sirlər və bərpanı simvolizə edir. Hər bürc üçün bu dövr həyatlarının müxtəlif sahələrinə təsir edəcək. Retroqrad zamanı yeni hobbilər, təcrübələr və bilik və bacarıqları qazanmaq inkişafınıza müsbət təsir edə bilər.

Astroloqlar bürclərə məsləhət bilir ki, onlar 2024-cü ilin qışına yeni güc və ideyalar ilə daxil olmaq üçün pis vərdişlərdən qurtulub faydalı olanlarla yollarına davam etsinlər.

Qarşıdakı aylarda Şir, Əqrəb, Buğa və Dolça bürcü retroqraddan ciddi təsirlənəcək. Şirlər üçün bu müddət münasibətləri yenidən düşünmək və ya köhnə əlaqələri canlandırmaq dövrünə çevrilə bilər. Digər bürclər də bizneslərini, xüsusən də onlayn sferada inkişaf etdirmək imkanı əldə edəcəklər.


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
2
Mənbələr
Şərh ()
Bağla