AZ

Miralem Pyaniç millidən getdiyini açıqladı

Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Şarca” klubunun yarımmüdafiəçisi Miralem Pyaniç Bosniya və Herseqovina millisindəki karyerasını başa vurub.

Arena.az xəbər verir ki, tanınmış futbolçu bu barədə sosial şəbəkə hesabı vasitəsilə məlumat yayıb.

16 ildir millidə çıxış edən Pyaniç yığma komandada 2008-ci ilin avqust ayında debüt edib. O, bu müddətdə 115 oyuna çıxıb, 17 qola imza atıb, 29 məhsuldar ötürmə müəllifi olub. Pyaniç yığmada keçirdiyi oyunların sayına görə yalnız Edin Dzekodan (134) geri qalır.

Miralem Pyaniç 2022-ci ilin sentyabr ayından “Əl-Şarca”da çıxış edir. 34 yaşlı futbolçu bu komandanın heyətində 57 oyuna çıxıb, 5 qol vurub, 14 məhsuldar ötürmə müəllifi olub. Təcrübəli oyunçunun indiki klubu ilə müqaviləsinin müddəti bu yay bitəcək.

Bosniyalı futbolçu karyerası ərzində “Mets”, “Olimpik” (Marsel), “Roma”, “Yuventus”, “Barselona” və “Beşiktaş” kimi klublarda da çıxış edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
Mənbələr
Şərh ()
Bağla