AZ

İtaliyalı nazir Makronu Ukraynada münaqişəni ağırlaşdırmaqda ittiham etdi

Image

İtaliyanın müdafiə nazirinin bəyanatına görə, Fransa prezidentinin hərbçilərin Ukraynaya göndərilməsi ehtimalı ilə bağlı bəyanatı gərginliyi artırır. Qvido Krozetonun sözlərinə görə, İtaliya əsgərləri heç bir halda Ukraynada davam edən müharibəyə qarışmamalıdır.

“Bizim mövqeyimiz dəyişməzdir. Biz həmişə demişik ki, Ukraynaya kömək etmək lazımdır və bunu edirik. Bununla yanaşı, biz həmişə hərbçilərimizin münaqişədə iştirakını istisna etmişik" - nazir deyib.

Nazirin sözlərinə görə, hazırda gərginliyi artırmağa ehtiyac yoxdur və dialoq formalarını tapmaq lazımdır.

“Başqalarından fərqli olaraq, bizim sistemdə birbaşa hərbi müdaxilələr açıq şəkildə qadağandır. Biz hərbi müdaxiləni yalnız beynəlxalq mandatla, məsələn, BMT-nin qətnaməsini yerinə yetirmək üçün müzakirə edə bilərik. Ukraynaya hipotezik müdaxilə nəinki bu istisnaya düşməyəcək, əksinə, münaqişənin daha da genişlənməsinə səbəb olacaqdı ki, bu da ilk növbədə ukraynalıların özlərinə sərfəli olmayacaqdı. Qısaca söyləmək gərəkirsə, bizim birbaşa müdaxilə şəraitlərimiz yoxdur”, – deyə İtaliyanın müdafiə naziri bildirdi.

Onun sözlərinə görə, o hesab edir ki, Fransa prezidentinin Ukraynaya hərbçilərin göndərilməsinin mümkünlüyü ilə bağlı bəyanatları yalnız münaqişəni ağırlaşdırır.

Fransa prezidenti Emmanuel Makron Qərb qoşunlarının Ukraynaya daxil olmasını istisna etməyəndə fikrini dəyişmədiyini və bu yanaşmanı düzgün hesab etdiyini bəyan edir.

TAHİR





Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
Mənbələr
Şərh ()
Bağla