AZ

HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...

 
"Danışıqlar ölü nöqtədən tərpənməyib, İsrail HƏMAS-ın axırına çıxmağa, HƏMAS Qəzzada tam atəşkəsə və İsrail qoşunlarının bölgədən çıxmasına təkid edir..."
 
Amerika administrasiyasının solçu nümayəndələri Rafaha hücumun qarşısını almağa və Qəzzada atəşkəsə nail olmağa cəhd edir.
 
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri yazıb.
 
Baydenin ətrafı İsrail hakimiyyəti və HƏMAS rəhbərliyinə güclü təzyiq göstərərək, faktiki olaraq hər iki tərəfi bir arşınla ölçür və beynəlxalq sanksiyalarla təhdid edir.
 
Bu, əsasən, Amerika demokratlarının "tabeliyində olan" mətbuata hər iki tərəfdən qərarlar qəbul edənlərə qarşı hər cür cəzalarla bağlı "sızmalar" vasitəsilə edilir.
 
Belə ki, son günlər mətbuatda şayiələr gəzir ki, Haaqada Beynəlxalq Cinayət Məhkəməsi (BCM) İsrailin siyasi və hərbi rəhbərliyinin həbsinə orderlər verməyə başlayacaq.
 
Bu şayiələr həm baş nazir Binyamin Netanyahuya təzyiq etmək, həm də sonradan Netanyahunun "sövdələşməyə ona görə razılaşıb ki, həbsinə orderdən çəkinib" iddiaları ilə onu qabaqcadan nüfuzdan salmaq üçün istifadə edilir.
 
Paralel olaraq həmin KİV-lər belə məlumatlar dərc edir ki, Amerika administrasiyası Beynəlxalq Cinayət Məhkəməsinə orderlərin verilməsi ilə bağlı tələsməməsi üçün təzyiq edir.
 
Çünki bu, sövdələşmə barədə danışıqları poza bilər, yəni ABŞ administrasiyasının İsrailin bütün rəhbərliyinin BCM-dən xilası rolunda çıxış edir, amma hələlik demokratların iradəsinə tabedir.
 
Son sutkalar ərzində faktiki olaraq  demokratların partiya mətbu orqanlarına xidmət edən Amerikanın solçu mətbuatında Vaşinqtonun ərəblərə təzyiqi və onların da öz növbəsində HƏMAS-a maksimal təzyiq göstərməsi barədə "informasiya sızmaları" üzə çıxır. 
 
Belə ki, "The Washington Post" qəzeti belə məlumat dərc edib ki, Amerika hakimiyyəti Qətər hakimiyyətindən HƏMAS-ın sövdələşməyə getməyəcəyi təqdirdə ölkədən qovulmasını tələb edib.
 
Bununla birlikdə, Amerika solçularının "qamçı və kökə"ləri İsrail baş nazirini  açıq-aşkar qorxutmur. Netanyahu açıq şəkildə bəyan edir ki, HƏMAS-ın hərbi qurum kimi axırına çıxacaq və Rafahın təmizlənməsi mübadilə üzrə sövdələşmə və ya müvəqqəti atəşkəsdən asılı olmayaraq baş tutacaq. 
 
HƏMAS Amerikanın təhdidlərindən o qədər də əndişələnmir, İslamçıların siyasi rəhbərliyi Qətərdə komfort həyatına rəğmən, fanatik qurd sürüsünün rəhbərləri olaraq qalır və belə qurbanlara hazırdır.
 
HƏMAS-ın vasitəçilərin indiki təkliflərinə rəsmən cavab verməməsinə rəğmən, təşkilatdakı mənbələr bəyan edib ki, şərtlər əvvəlki kimi qalır, yəni İsrail üçün məqbul deyil. 
 
Bu, hərbi əməliyyatların tam və qəti şəkildə dayandırılması və İsrail qoşunlarının Qəzza bölgəsindən çıxarılması şərtləridir.
 
Beləliklə, danışıqlar ölü nöqrədən tərpənməyib, İsrail əvvəlkitək müharibənin başlıca məqsədi kimi HƏMAS-ın tam aradan götürülməsinə təkid edir. 
 
HƏMAS isə, əksinə, güman edir ki, girovların azad edilməsi müqabilində müharibənin bitməsinə və oktyabrın 7-dək olan vəziyyətə dönməyə bel bağlaya bilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
126
50
Mənbələr
Şərh ()
Bağla