AZ

Tramp Bayden administrasiyasını Gestapo ilə müqayisə edib

ABŞ-nin keçmiş prezidenti Donald Tramp şənbə günü Respublikaçılar Milli Komitəsinin yaz toplantısına yüzlərlə donorun toplaşdığı Mar-a-Laqo klubunda çıxışı zamanı hazırkı prezident Co Baydenin administrasiyasını nasist Almaniyasının gizli polisi Gestapo ilə müqayisə edib.

"Operativ Media" xəbər verir ki, o bu barədə qanunla bağlı problemlərini şərh edərkən bildirib.

"Bu insanlar Gestapo administrasiyasını idarə edirlər", - Tramp qeyd edib.

"Mənə ittiham irəli sürülən kimi dedim ki, əlcəkləri çıxarmağın vaxtıdır. Bayden ölkə tarixinin ən pis prezidentidir. O, tamamilə bacarıqsızdır. O, Çindən, Rusiyadan, Ukraynadan və bir çox başqa ölkələrdən külli miqdarda pul alır. O, fırıldaqçıdır", - keçmiş prezident əlavə edib.

Eyni zamanda, o, ittiham olunduğu zaman təəccübləndiyini vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
25
Mənbələr
Şərh ()
Bağla